Fabio Kannavaro istefaya göndərildi
Xorvatiyanın “Dinamo” klubunda baş məşqçi istefası reallaşıb.
Msport.az xəbər verir ki, zaqreblilər Fabio Kannavaro ilə yollarını ayırıb.
Klub bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb. Qarşılıqlı razılıq əsasında 51 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Fabio Kannavaro ötən ilin dekabrında “Dinamo”nun baş məşqçisi təyin olunmuşdu. Paytaxt klubu hazırda 28 turdan sonra 46 xalla 3-cü pillədə qərarlaşır.