Fabreqası saxlamaq üçün 100 milyonluq transfer büdcəsi ayrılacaq
“Komo” baş məşqçisi Sesk Fabreqası saxlamaq üçün qətiyyətli addımlar atacaq.
Msport.az xəbər verir ki, klub rəhbərliyi bu məqsədlə yay transferləri üçün ispaniyalı mütəxəssisə 100 milyon avro büdcə ayıracaq.
Bundan başqa, gənc çalışdırıcıya qarşıdakı illər üçün ciddi layihə təklif ediləcək. Komandanın qarşısına növbəti mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulacaq.
Qeyd edək ki, 2024-cü ilin yayında “Komo”nun baş məşqçisi təyin olunan Fabreqasla “Leipsiq”, “Mançester Siti” və “Barselona” yaxından maraqlanır.