Faciəvi şəkildə həyatını itirdi
“Ayntraxt”ın U-19 komandasının baş məşqçisi Helge Raxe faciəvi şəkildə həyatını itirib.
Msport.az xəbər verir ki, informasiyanı Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mütəxəssis yol qəzasında ölüb.
Qeyd edək ki, Raxe məşqçilik karyerasına 2020-ci ildə “Hallesxer”də başlayıb. O, 2023-cü ildən U-19-u çalışdırırdı.