featured-image-24169

“Rayo Valekano”nun kolumbiyalı hücumçusu Radamel Falkao Malyaziya çempionatında çıxış edə bilər. Msport.az “Marca”ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu “Djoxur Darul Takzim” klubuna keçməyə yaxındır.

Falkaonun İspaniya təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatır. Malayziya komandası bir vaxtlar “Qalatasaray”ın da formasını geyinmiş forvardla 2 illik müqavilə bağlamaq istəyir. Anlaşmanın müddəti başa çatdıqdan sonra isə ona klubda iş təklif olunacaq.

Falkao özü Malyaziyaya yollanmağa razılıq verib. O, bu mövsüm “Rayo Valekano”da 21 oyunda 2 qol vurub.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər