featured-image-23331

“Qalatasaray”ın sabiq futbolçusu Radamel Falkao ÇSKA-ya keçməyə yaxın olub.

Msport.az xəbər verir ki, bu barədə insayder İvan Karpov paylaşım edib.

Kolumbiyalı hücumçu “Rayo Valekano”dan icarə əsasında Moskva klubuna keçməli imiş.

Lakin hüquqşünaslar 37 yaşlı forvarda Rusiya paytaxtına getməyi məsləhət görməyiblər.

ÇSKA ABŞ-ın sanksiyalarına məruz qalan klublardandır. Falkaonun isə ABŞ-da daşınmaz əmlakı var. Bu səbəbdən də futbolçu risk etmək istəməyib.

Xatırladaq ki, Falkao “Atletiko”, “Çelsi”, “Mançester Yunayted”, “Monako”, “Qalatasaray” kimi klubların şərəfini qoruyub. O, 2021-ci ildə “Rayo Valekano”ya keçib. Radamel bu mövsüm 17 oyunda 2 qol vurub.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər