featured-image-23994

İsveçrənin “Sion” klubunun azarkeşləri Mario Balotellinin formasını yandırıblar.

Msport.az xəbər verir ki, italiyalı futbolçu “Sankt Qallen”lə oyunda (0:4) “Sion”un kapitanı olub.

Fanatlar onun 2022-ci ilin noyabrından bu yana qol vura bilməməsini bağışlamırlar.

32 yaşlı hücumçu 2022-ci ilin avqustunda “Adana Demirspor”dan İsveçrə klubuna keçib. O, yeni komandasında 14 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə verib.

Balotellinin “Sion”la müqaviləsi 2024-cü ilə qədərdir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər