featured-image-24144

Fransa millisinin üzvü Antuan Qrizmann “Atletiko”dan “Barselona”ya keçidini xatırlayıb. Msport.az “Movistar”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu həmin vaxt inciyən azarkeşləri başa düşdüyünü deyib:

“Bu transfer fanatları kədərləndirdi. Onlar mənə hər şey vermişdilər, amma sonda getməli oldum. Ona görə ki, bu, mənə lazım idi.

Fanatların yerinə olsam, mən də çox əsəbləşərdim. Buna layiq idim.

Mən işləməyə başladım ki, bütün bunları dəyişim. Məni tanıyanlar bilir ki, azarkeşlərlə ünsiyyətə ehtiyacım var. Yüksək səviyyədə çıxış etmək üçün mənə onların dəstəyi, sadiqliyi lazımdır”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər