Fati iki klubdan təklif alıb
“Barselona”nın futbolçusu Ansu Fati klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, ispaniyalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal” və PSJ-dən təklif alıb. 20 yaşlı futbolçu əsas heyətdə oynaya biləcəyi kluba keçmək istəyir.
Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, ötən mövsüm İspaniya La Liqasında 36 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Royal Türksoy







