featured-image-30267

“Barselona”nın vingeri Ansu Fati klubunu dəyişə bilər.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madridin “Atletiko” klubu futbolçunu almaqda maraqlıdır.

20 yaşlı futbolçunun kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. “Barsa” Fatini 60 milyon avro dəyərində qiymətləndirib.

Qeyd edək ki, Fati cari mövsüm ərzində La Liqada 33 oyunda 4 qol vurub, 3 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər