featured-image-66902

Türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayıran “Əl-Şəbab”ın yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçi vəzifəsinə ispaniyalı İmanol Alquasili gətirib.

54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. İmanol Alquacilin son klubu “Real Sosyedad” olub. O, 2018-ci ilin dekabrından 2024/25 mövsümünün sonunadək İspaniya təmsilçisinə rəhbərlik edib.

Qeyd edək ki, “Əl-Şəbab” Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümünü 6-cı pillədə başa vurub.

Bənzər xəbərlər