Fatih Terimin “Panatinaikos”dakı maaşı
“Panatinaikos”un yeni baş məşqçisi olan Fatih Terimin Yunanıstan klubunda nə qədər maaş alacağı müəyyənləşib.
Msport.az xəbər verir ki, məlumatı Yunanıstan mətbuatı dərc edib.
Xəbərə görə, Fatih Terimin “Panatinaikos”dakı maaşı 900 min avro təşkil edəcək.
Qeyd edək ki, F.Terim “Panatinaikos”da İvan Yovanoviçi əvəzləyib







