featured-image-59208

Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu yeni baş məşqçisini açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda türkiyəli mütəxəssis Fatih Terimə tapşırılıb. Sosial şəbəkə hesabındakı paylaşımında türkcə “Merhaba, İmperator” yazılıb.

Qeyd edək ki, 71 yaşlı mütəxəssis son olaraq Yunanıstanda “Panatinaikos” klubunu çalışdırıb.

Bənzər xəbərlər