Federasiya prezidenti istefa verdi – korrupsiyaya görə
Kipr Futbol Federasiyasının (CFA) prezidenti Giorgos Kumas istefa verib.
Msport.az xəbər verir ki, o, korrupsiya iddiaları və televiziya hüquqları üzərində potensial maraqların toqquşması ilə bağlı davam edən cinayət araşdırması fonunda bu addımı atıb.
Kumas postundan ayrılmaq qərarını əvvəlcədən CFA İcraiyyə Komitəsinə bildirib. Onun istefasına artan ictimai təzyiq, həmçinin şəxsi mülahizələr səbəb olub. Kumas vəzifəsindən getməsinə baxmayaraq, FIFA Şurasının və UEFA İcraiyyə Komitəsinin üzvü olaraq qalır.
Qeyd edək ki, Giorgos Kumas 2018-ci ildən Kipr Futbol Federasiyasının prezidenti vəzifəsində çalışıb.