featured-image-68165

“Real”ın La Liqanın I turunun “Osasuna” ilə matçının təxirə salınması üçün etdiyi müraciət növbəti dəfə rədd edilib.

Msport.az xəbər verir ki, “kral klubu”nun təxirəsalınma sorğusu ikinci dəfə geri çevrilib.

“Real” Klublararası Dünya Çempionatında iştirak etdiyi üçün ilk turun oyununa hazırlığa görə 15 gün vaxtı olub. “Kral klubu” müddətin azlığı səbəbindən matçın təxirə salınmasını istəyirdi.

Qeyd edək ki, “Real” – “Osasuna” oyunu avqustun 19-da keçiriləcək.

Bənzər xəbərlər