featured-image-42745

Türkiyə Futbol Federasiyası (TFF) hakimliklə bağlı iki mühüm qərar qəbul edib.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən vacib yeniliklərdən biri VAR (videoköməkçi hakim) otağındakı qeydlərin açıqlanmasıdır. Belə ki, federasiya İspaniya La Liqasında olduğu kimi, matçlar bitdikdən sonra hakimlərin səs yazılarını paylaşacaq.

Federasiyanın həyata keçirməyə hazırlaşdığı növbəti layihə isə hakim-inspektorlarla bağlıdır. Qurum oyunlara ölkə xaricindən təcrübəli mütəxəssislər dəvət etməyi planlaşdırır.

Hər iki yenilik Türkiyə Superliqasının XXVI turundan etibarən tətbiq olunacaq.

Bənzər xəbərlər