featured-image-24053

“Betis”in yarımmüdafiəçisi Nabil Fekir mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Msport.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu “Elçe” ilə oyundan sonra dizində ağrılar hiss edib.

Tibbi müayinədən sonra məlum olub ki, sol dizin ön çarpaz bağları zədələnib. Yaxın günlərdə 29 yaşlı oyunçu əməliyyat olunacaq.

Fekir karyerasında ikinci dəfədir ki, analoji zədə ilə üzləşir. O, 2015-ci ildə Fransa – Portuqaliya yoldaşlıq oyununda sağ dizindən zədə almışdı.

Yarımmüdafiəçi bu mövsüm “Betis”in heyətində 15 oyun keçirib 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər