featured-image-33271

“Atletiko Madrid”in futbolçusu Joao Feliks klubunu dəyişmək istəyir.

Msport.az xəbər verir ki, portuqaliyalı hücumçuyla “Mançester Yunayted”, “Nyukasl Yunayted” və “Aston Villa” maraqlanır.

Feliksin prioriteti Çempionlar Liqasında iştirak edəcək klubda oynamaqdır. “Atletiko” yeni mövsümdə 23 yaşlı portuqaliyalıya güvənmir və onu satmağa hazırdır.

2022/2023 mövsümünün ikinci yarısında Feliks icarə əsasında “Çelsi”də çıxış edib. O, londonluların heyətində keçirdiyi 20 matçda 4 qol vurub. Joaonun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Royal Türksoy

Bənzər xəbərlər