featured-image-67803

“Çelsi”nin futbolçusu Joao Feliksin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də qazanacağı məbləğ məlum olub.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bir mövsüm üçün 17,5 milyon avro əldə edəcək.

Müqayisə üçün onun İngiltərə klubunda 7 milyon avro aldığı qeyd olunub. Müqaviləyə 30 milyon avro ilkin ödəniş və 20 milyon avro əlavə bonuslar daxildir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında “Milan”da çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər