featured-image-32981

“Atletiko Madrid”in hücumçusu Joao Feliks klubunu dəyişmək istəyir.

Msport.az xəbər verir ki, ötən mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirən futbolçu karyerasını PSJ-də davam etdirmək fikrindədir. Buna səbəb Feliksin bir neçə həmyerlisinin parislilərin heyətində çıxış etməsidir.

“Atletiko” futbolçusu üçün 100 milyon avro tələb edir, lakin PSJ portuqaliyalı üçün bu məbləği ödəmək istəmir.

Qeyd edək ki, Feliks son mövsüm “Çelsi” formasıyla 20 oyunda 4 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər