Feliksin transferində Ronaldo amili
“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo “Çelsi”nin 25 yaşlı hücumçusu Joao Feliksin Səudiyyə Ərəbistanı klubuna keçmək qərarına təsir edib.
Msport.az xəbər verir ki, 40 yaşlı futbolçu əsas arqument kimi onu göstərib ki, mövsüm ərzində 40-50 matçda portuqaliyalılar bir-birlərini meydançada daha yaxşı başa düşə və oyun qura biləcəklər.
Bu, futbolçuların Portuqaliya millisində çıxış edəcəkləri qarşıdakı 2026-cı il dünya çempionatında daha yaxşı nəticə göstərməyə kömək etməlidir.
Qeyd edək ki, Feliksin transferinin ilkin dəyəri 30 milyon avro təşkil edəcək. Lakin bonuslar nəzərə alınmaqla bu məbləğ 50 milyon avroya qədər arta bilər.