featured-image-60458

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo karyerasını bitirib. Msport.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkədə vida mesajı yazıb.

Melo 2011-2015-ci illər arasında İstanbul klubunun formasını geyinib. O, “sarı-qırmızılılar”ın heyətində 3 dəfə Türkiyə Super Liqasını, iki dəfə isə ölkə kubokunu qazanıb.

Braziliya millisində 22 oyun keçirmiş futbolçu “Kruzeyro, “Qremio”, “Malyorka”, “Rasinq”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “İnter”, Palmeiras” kimi klubların şərəfini qoruyub. Melo son olaraq 2022-2024-cü illərdə Brziliyada “Fluminense”də çıxış edib.

Bənzər xəbərlər