featured-image-48244

“Fənərbaxça” yay transfer dövründə heyətini gücləndirmək istəyir. Msport.az xəbər verir ki, İstanbul klubu “Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti ilə maraqlanır.

30 yaşlı futbolçu bu mövsüm London təmsilçisində daha az çıxış etməyə başlayıb. Bu səbəbdən qanalı oyunçu başqa variantlara diqqət yetirir.

Parti “Arsenal”ın ən yüksək ödənişli futbolçularından biri sayılır. Onun həftəlik maaşı 235 min avrodur.

“Fənərbaxça” yarımmüdafiəçiyə əsas heyətdə oynamaq şansı yaradır. Partinin müqaviləsi gələn il başa çatacağından onun transfer qiyməti aşağı düşə bilər.

O, bu mövsüm bütün turnirlərdə cəmi 15 oyun keçirib.

Bənzər xəbərlər