featured-image-69297

“Fənərbaxça”nın futbolçusu Oqnyn Mimoviç karyerasını Kipr çempionatında davam etdirəcək. Msport.az xəbər verir ki, qışda “Srvena Zvezda”dan transfer olunan müdafiəçi “Pafos”la müqavilə bağlayıb.

21 yaşlı serbiyalı  oyunçu icarə əsasında mövsümün sonuna qədər “Pafos”da çıxış edəcək. Bir ildən sonra Kipr təmsilçisi onun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, “Fənər” Mimoviçi “Pafos”dan əvvəl “Zenit”ə icarəyə vermişdi.

Bənzər xəbərlər