featured-image-21811

“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu Kayl Uokeri transfer etmək istəyir.

Msport.az “A spor”a istinadən xəbər verir ki, müdafiəçi bu mövsüm əsas heyətdə yerini itirib və bütün turnirlərdə cəmi 14 matçda meydana çıxıb.

32 yaşlı oyunçu baş məşqçi Pep Qvardiolanın planlarına daxil olmadığından “şəhərlilər” onun gedişinin əleyhinə deyillər.

Uolker özü də karyerasında yeni dönəm açmaq istəyir. Gözlənilir ki, “Fənər” cinah müdafiəçisinə 6-7 milyon avroluq təklif göndərsin. İstanbul klubunda hesab edirlər ki. təcrübəli futbolçunun gəlişi müdafiədəki problemləri yoluna qoyar və “Qalatasaray”la çempionluq mübarizəsində komandaya xeyri dəyər.

Uolkerin İngiltərə təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. O, 2017-ci ildən “Siti”də çıxış edir.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər