featured-image-29994

Uruqvay millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Dieqo Luqano sensasion açıqlama verib. Msport.az xəbər verir ki, o, Argentina yığmasına dünya çempionu olmaqda kömək göstərildiyini iddia edib:

“Heç bir şübhəm yoxdur ki, onlara kömək etdilər. Argentina millisinə dünya çempionu olmaqda dəstək oldular.

Əlbəttə, öz əziyyətləri də oldu, lakin hər kəs təsdiqləyə bilər ki, xeyirlərinə verilmiş beş penaltidən dördü yox idi. Bu reallıqdır.

Bunda Messinin böyük rolu var. Tayson, Tayger Vuds, Rocer Federer kimi ulduzlar ictimaiyyət qarşısına Messinin futbolkarında çxırlar. Elə bilirsiniz FİFA bunu görmür və bundan xeyirini çıxarmır?

Messinin və Argentinanın bacarığı o oldu ki, onlar bildilər, bundan nevə istifadə etmək lazımdır”.

ANAR

 

Bənzər xəbərlər