“Fənərbağça” 2025-ci ildə uduzmur
“Fənərbaxça” iki aydan çoxdur məğlub olmur.
Msport.az xəbər verir ki, “sarı-lacivərdlilər” son olaraq Türkiyə Superliqasının XXV turunda “Qalatasaray”la səfərdə qolsuz bərabərə qalıb – 0:0.
Joze Mourinyonun yetirmələrinin məğlubiyyətsizlik seriyası 16 görüşə yüksəlib. Komanda axırıncı dəfə ötən il dekabrın 11-də Avropa Liqası çərçivəsində “Atletik”ə (0:2) uduzub. Həmin vaxtdan bəri İstanbul nəhəngi bütün turnirlərdə 11 qələbə qazanıb, 5 heç-heçə edib.
Qeyd edək ki, “Fənərbaxça” hazırda Superliqanın turnir cədvəlində 58 xalla ikinci pillədə qərarlaşır. Lider “Qalatasaray” əzəli rəqibini 6 xal qabaqlayır.