featured-image-41096

Türkiyənin “Fənərbağça” klubu qış transfer dönəmində müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Atletiko”nun futbolçusu Stefan Saviç İstanbul təmsilçisinin gündəmindədir.

32 yaşlı oyunçunun meneceri transfer danışıqları aparmaq üçün Türkiyəyə gedib.

Stefan Saviç cari mövsümdə “Atletiko”nun heyətində 12 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Bənzər xəbərlər