featured-image-60714

“Fənərbağça” daha bir futbolçu ilə anlaşıb.

Msport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul təmsilçisi “Srvena Zvezda”da çıxış edən Oqnem Mimoviçi heyətinə qatmağa yaxındır.

“Fənərbaxça” serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşsa, 20 yaşlı futbolçu yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, “Srvena Zverda” Oqnem Mimoviçi 2020-ci ilin avqust ayında “Metalats” akademiyasında transfer edib. Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər