“Fənərbağça” daha bir futbolçusunu itirdi
“Fənərbağça” növbəti itkiylə üzləşib.
Msport.az xəbər verir ki, İstanbul nəhənginin futbolçusu Mixa Zayç zədələnib. O, Superliqanın son turunda “Ankaragücü”ylə (2:1) matçda xəsarət alıb. Sloveniyalının 2 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbağça” daha öncə Altay Bayındırı da itirmişdi.
Royal Türksoy







