“Fənərbağça”dan ayrılmağa hazırlaşır
Türkiyə millisinin sabiq üzvü Cenk Tosun “Fənərbağça”dan ayrılmağa hazırlaşır.
Msport.az xəbər verir ki, Joze Mourinyonun komandada görmək istəmədiyi hücumçu karyerasını başqa klubda davam etdirməyə yaxındır. Belə ki, forvarda Superliqa təmsilçisi “Bodrumspor”dan ciddi maraq var. Hazırda tərəflər arasında danışıqlar gedir. Komandanın baş məşqçisi Volkan Dəmirəl təcrübəli futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm “Fənərbağça”nın heyətində 10 rəsmi matçda meydanda çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.