featured-image-42514

Türkiyə millisinin və İspaniyanın “Atletiko” klubunun futbolçusu Çağlar Söyüncü karyerasını “Fənərbağça”da davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi “X” hesabında bildirib.

Onun sözlərinə görə, 27 yaşlı müdafiəçi “Fənərbağça”da çıxış edəcək. Madrid klubu və İstanbul təmsilçisi oyunçunun keçidi ilə bağlı anlaşıblar. Söyüncü tibbi müayinə və müqavilə üçün bu gün Türkiyədə olacaq.

Qeyd edək ki, Çağlar Söyüncü daha əvvəl İngiltərədə “Lester”in formasını geyinib.

Bənzər xəbərlər