featured-image-35401

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in yarımmüdafiəçisi Fredi transfer edib. “Fənərbağça” Fred üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək. 30 yaşlı futbolçuyla 4+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fred 2018-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, son mövsüm ərzində 56 matçda iştirak edib, 6 qol və eyni sayda assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər