featured-image-51623

Türkiyənin “Fənərbağça” klubu heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə təmsilçisi “Börnli”nin formasını geyinən Sander Bergeni transfer etmək istəyir.

“Fənərbaxça” norveçli dayaq yarımmüdadfiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərib. Super Liqa nəhənginin baş məşqçisi Joze Mourinyo 26 yaşlı futbolçunun transferində israrlıdır.

Qeyd edək ki, Sander Berge ötən ilin yayından “Börnli”də çıxış edir. Norveç millisinin üzvü ötən mövsüm komandasının heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin iyul ayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər