“Fənərbağça” İtaliyadan müdafiəçi alır
“Udineze”nin futbolçusu Rodriqo Bekao karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçuyla “Fənərbağça” yaxından maraqlanır.
İstanbul təmsilçisi həm Bekao, həm də “Udineze” klubuyla tam razılıq əldə edib. Keçidin yaxın günlərdə baş verəcəyi gözlənilir.
Qeyd edək ki, Bekao son mövsüm “Udineze”ylə 28 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Royal Türksoy







