“Fənərbağça” klubunda nə namus, nə utanmaq, nə vicdan var!” - Ukrayna klubundan sərt reaksiya
Kiyev “Dinamo”su Rusiyada turnirdə iştirak edən “Fənərbağça”ya reaksiya verib.
Msport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsiylə Türkiyə təmsilçisini sərt qınayıb:
“İstanbulda azarkeşləriniz Avropanın ən böyük tiranın maskasını taxaraq, “Dinamo”ya qarşı qatil ölkənin adını hayqıraraq matça gələndə rəhbərliyiniz susdu. Bunun səbəbi artıq aydın oldu. “Qazprom”un qanlı pulları sizin üçün hər şeyə kölgə saldı. “Fənərbağça” İdman Klubunda nə namus, nə utanmaq, nə vicdan var!
Qeyd edək ki, “Fənərbağça”yla yanaşı Rusiyada keçirilən turnirdə ölkəmizdən “Neftçi” də iştirak edir.
Royal Türksoy







