“Fənərbağça” “Lion”un futbolçusu ilə maraqlanır
Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Msport.az yerli “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lion” komandasında çıxış edən Korentin Tolisso ilə maraqlanır.
29 yaşlı yarımmüdafiəçinin Liqa 1 klubundan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Tolisso 2022-ci ildən “Lion”da çıxış edir.







