featured-image-29739

“Fənərbağça” Xorvatiya millisinin və Zaqreb “Dinamo”sunun qapıçısı Dominik Livakoviçlə danışıqlara başlayıb.

Msport.az xəbər verir ki, 28 yaşlı qolkiperin meneceri İstanbulda Türkiyə klubunun rəsmiləri ilə görüşüb.

Hazırkı komandasında illik 780 min avro qazanan təcrübəli çərçivə qoruyucusunun İstanbul nəhəngi ilə 1 milyon avro qarşılığında anlaşmaya yaxın olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə “Dinamo”ya məxsusdur. O, hazırda icarə əsasında “Konyaspor”da çıxış edir.

Bənzər xəbərlər