featured-image-53015

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Msport.az verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi Argentinanın “Boka Xuniors” komandasında çıxış edən Kristan Medinanı transfer etmək istəyir.

Klub yarımmüdafiəçi üçün bonuslar daxil olmaqla 11 milyon dollar təklif edib.

Qeyd edək ki, 22 yaşlı oyunçu 2020-ci ildə “Boka Xuniors”un əsas komandasına cəlb edilib. O, Argentinanın U-15 və U-17 yığmalarının da formalarını geyinib.

Bənzər xəbərlər