featured-image-60032

İtaliyanın “Milan” klubunun futbolçusu Strahinja Pavlovic karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli “Fotomaç” nəşri məlumat yayıb.

“Fənərbağça” 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi Mario Hermoso ilə müqavilə imzalaya bilmədiyi üçün serbiyalı oyunçuya yönəlib. “Fənərbağça”da çıxış edən digər serb Duşan Tadiç danışıqlarda iştirak edir.

Qeyd edək ki, Strahinja Pavlovic ötən ilin yayında “Milan”a keçib.

Bənzər xəbərlər