featured-image-64770

Joze Mourinyo “Fənərbağç”anın baş məşqçisi postundan ayrıla bilər.

Msport.az xəbər verir ki, bu mövsüm həm Superliqa çempionluğunu, həm də Türkiyə Kubokunu əldən verən İstanbul klubu portuqaliyalı mütəxəssislə vidalaşmaq istəyir.

Bu baş verərsə, Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Belə ki, “Əl-Hilal” təcrübəli çalışdırıcıya 2 illik müqavilə təklif edəcək.

Mourinyo təklifə müsbət cavab versə, illik gəliri 25 milyon avro olacaq.

Bənzər xəbərlər