"Fənərbağça"nın baş məşqçisi postuna sürpriz ad - VİDEO
Ötən gün Türkiyə Superliqasının 27-ci turu çərçivəsində “Fənərbağça” “Beşiktaş”a uduzub – 2:4.
Msport.az xəbər verir ki, ağır məğlubiyyətdən sonra “Fənər” camiyyəsində böyük xəyal qırıqlığı yaşanır. Mövsümün əvvəlində komandaya böyük ümidlərlə gətirilən Jorje Jezuşun istefaya göndərilmə ehtimalı var. Türkiyə millisinin sabiq üzvü, hazırda futbol şərhçisi olan Batuhan Karadeniz verilişlərin birində “Fənər”in Sergen Yalçınla danışıqlar aparılacağını deyib. Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb.
Royal Türksoy







