featured-image-38649

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi İsmail Kartal Türkiyə Superliqasının IX turunda üz-üzə gələcəkləri “Hatayspor”un üç futbolçusunu xüsusi fərqləndirib.

Msport.az “Hurriyet”ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis yetirmələri ilə söhbətdə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov (2 qol), nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru (4 qol, 3 məhsuldar ötürmə) və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın (1 qol, 1 məhsuldar ötürmə) ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib.

İ.Kartal bu futbolçuların meydanda ciddi nəzarətdə saxlanılmasını tapşırıb.

Qeyd edək ki, oktyabrın 20-də reallaşacaq “Fənərbağça” – “Hatayspor” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər