featured-image-29233

Braziliyalın “Avai” klubu baş məşqçi Aleks De Souzanı istefaya göndərib.

Msport.az xəbər verir ki, Braziliya B Seriyası təmsilçisi bunu komandanın uğursuz çıxışına görə edib. Komanda Aleksin rəhbərliyi altında 18 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və 9 oyunda uduzub.

Aleks De Souza “Fənərbağça”nın futbolçusu kimi məşhurlaşıb. O, 2004-2012 illər aralığında İstanbul klubunun şərəfini qoruyub.

Qeyd edək ki, Aleks De Souza “Avai”nin yanvar ayından çalışdırırdı.

Royal Türksoy

Bənzər xəbərlər