featured-image-58764

Türkiyənin “Fənərbağça” komandası ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Rodriqo Bekan sıradan çıxıb. Braziliya futbolçu Super Liqanın 16-cı turunun “Başakşehir”lə matçında ağır zədə alıb.

Dizindən zədələnən 28 yaşlı mərkəz müdafiəçisi 6-8 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün sonuna qədər oynamayacağı deməkdir.

Qeyd edək ki, “Fənərbağça” Rodriqo Bekanı ötən ilin yayında “Udineze”dən transfer edib. Təcrübəli arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər