"Fənərbaxça"nın futbolçusu üçün mövsüm bitdi: AVRO-2024-ü buraxa bilər
Türkiyənin “Fənərbağça” klubunun heyətində ciddi itki baş verib.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İsmail Yüksek sıradan çıxıb. 25 yaşlı orta xətt oyunçusu Super Liqanın 34-cü turunun “Beşiktaş”la oyununda (2:1) zədələnib.
Türk futbolçu topuğundan zədə alıb. Onun mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Türkiyə millisinin üzvünün Avro-2024-ü buraxmaq ehtimalı da var.
Qeyd edək ki, İsmail Yüksek bu mövsüm “Fənərbağça”nın heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.