“Fənərbağça”nın oyununda alman hakim
Türkiyədə yerli “Fənərbağça” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçirilcək Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.
Msort.az xəbər verir ki, qarşılaşma Almaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Görüşün baş hakimi FIFA referisi Tobias Stieler olacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 18-də gerçəkləşəcək. İstanbul klubu səfərdə rəqibinə 2:3 hesabı ilə uduzub.