featured-image-37265

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

Msport.az-ın məlumatına görə, o, Türkiyədə “Fənərbağça” və Danimarkanın “Norşellann” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Bənzər xəbərlər