“Fənərbağça”nın qapıçısı istintaqa cəlb oluna bilər
“Fənərbağça”nın qapıçısı Dominik Livakoviç problemlə üzləşib.
Msport.az xəbər verir ki, xorvatyalı qolkiperlə bağı ökəsində araşdırma aparılır.
Zadar Respublika Prokurorluğu Krk adasındakı Muray bölgəsində UNESCO-nun mədəni-tarixi irs siyahısında olan ərazidə icazəsiz tikinti apardığı iddia edilən qapıçı ilə bağı istintaq başladıb.
Tikinti zamanı şəhər divarlarının daxili hissəsinə ziyan dəydiyi iddia olunur və UNESCO-nun yaxın saatlarda məsələ ilə bağlı açıqlama yayacağı gözlənilir.
Fakt təsdiqini taparsa, Livakoviç istintaqa cəlb oluna bilər.