“Fənərbağça”nın ulduzu zədələndi – Əlində sınıq aşkarlandı
“Fənərbağça”nın futbolçusu Edin Ceko zədələnib.
Msport.az xəbər verir ki, bosniyalı hücumçu ötən gün UEFA Aropa Liqasının pley-off mərhələsinin “Anderlext”lə ilk oyununda əlindən xəsarət alıb.
Əl sümüyündə sınıq aşkarlanan forvard meydana sarğı ilə çıxacaq.
Qeyd edək ki, “Fənərbağça” ilk oyunda “Anderlext”ə 3 cavabsız qolla qalib gəlib.