“Fənərbağça”nın yeni baş məşqçisi bilindi – RƏSMİ
“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisini İsmayıl Qartal çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 62 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb.
İsmayıl futbolçu kimi 1983-1993 illər aralığında “Fənər”in şərəfini qoruyub. O, həmçinin 2014-2015 və 2022-ci illərdə də klubun baş məşqçisi olub.
Qeyd edək ki, “Fənərbağça”nı son olaraq Jorje Jesuş çalışdırıb. Komanda Jesuşun rəhbərliyi altında son mövsümdə Türkiyə kubokunu qazanıb.
Royal Türksoy







